Haqqımızda

Baş Səhifə→Haqqımızda
HAQQIMIZDA

Üstün keyfiyyət, üstün xidmətlər!

EUROCLIMATPLUS, HVAC (İstilik, Havalandırma və Soyutma) sahəsində 20 ildən artıqdır ki, Azərbaycanın aparıcı şirkətlərindən biridir. Şirkətimiz Bakı şəhərində və ölkənin əksər regionlarında fəaliyyət göstərərək, müştərilərinə yüksək keyfiyyətli xidmətlər təqdim edir.

Missiyamız HVAC sahəsində dünya və Avropa standartlarına uyğun xidmətlərimizi Azərbaycanın hər bölgəsinə əlçatan etməkdir. Ən keyfiyyətli isitmə, soyutma, havalandırma və su təchizatı həllərini ölkəmizdə tətbiq etmək üçün tanınmış istehsalçılarla uzunmüddətli əməkdaşlıq edirik.

EUROCLIMATPLUS, Avropanın tanınmış istehsalçılarının istehsal etdiyi isitmə, soyutma, havalandırma və su təchizatı sistemlərinin satışı, quraşdırılması və satış sonrası servisini təqdim edir. Uzun illərdir ki, İtaliya, Çin, Almaniya, Danimarka, Türkiyə və Rusiyadan seçilmiş brendlərin məhsullarını təqdim edirik.

Daima müştərilərimizin rahatlığını düşünərək, Bakı və regionlar üzrə servis xidməti göstəririk. Servis komandamız təcrübəli mütəxəssislərdən ibarətdir və müştərilərimizi yalnız orijinal ehtiyat hissələri ilə təmin etmək əsas prinsiplərimizdəndir.

20+İl təcrübə
24/7Servis dəstəyi
360°Kompleks HVAC həlli